Çempionlar Liqasında 2014/2015 mövsümünə yekun vurulub. Qol.Az-ın məlumatına görə, həlledici oyunda “Barselona” və “Yuventus” klubları üz-üzə gəlib. Ölkələrində “qızıl dubl” etmiş bu komandaların oyunu maraqla gözlənilirdi. Gərgin və maraqlı keçən oyun “Barselona”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, kataloniyalılar tarixində beşindi dəfə ÇL-ın qalibi olub
Turinlilər isə indiyədək Çempionlar Liqasının kubokunu iki dəfə başı üzərinə qaldırıb.
6 iyun
Çempionlar Liqası, final
“Yuventus” (İtaliya) – “Barselona” (İspaniya) - 1:3
Qollar: İvan Rakitiç, 4 (0:1), Morata, 54 (1:1), Suares, 68 (1:2), Neymar, 90+7 (1:3)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Berlin (Almaniya)