UEFA-dan hakimlərimizə yeni təyinat

UEFA-dan hakimlərimizə yeni təyinat backend

21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupunda iyunun 15-də keçiriləcək Monteneqro – Moldova oyununu FİFA referisi Orxan Məmmədov idarə edəcək.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, onun köməkçiləri Mehman Mahmudov və Yaşar Abbasov olacaq.

Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.
Diaspora