"Öncə ölkə prezidenti İlham Əliyevə və xalqıma təşəkkür edirəm. Bu, təkcə mənim yox, Azərbaycanın uğurudur. Sevinirəm ki, zəhmətimiz yerdə qalmadı. Azərbaycan bayrağının hər zaman zirvələrdə olacağına inanıram".
"Report"un məlumatına görə, bu sözləri Yaponiyanın Saitama şəhərində MMA üzrə "“Rizin Gran Prix 2019” turnirində qalibi gələrək dünya çempionu olan Tofiq Musayev Gənclər və İdman Nazirliyində keçirilən mətbuat konfransında deyib.Revanş döyüşünə də hazır olduğunu açıqlayan dünya çempionu hələlik belə bir təklif almadığını bildirib: "Biz ölkəmizi təmsil edirik. Buna görə də məsuliyyət daha da artır. Hələ ki, revanş döyüşü ilə bağlı hər hansı təklif olmayıb. Belə bir təklif olarsa, revanş döyüşünə də hazıram".
Qeyd edək ki, Tofiq Musayev “Rizin Gran Prix 2019” turnirinin həlledici görüşündə “Pitbull” ləqəbli braziliyalı Patrik Freireni məğlub edib.