"Neftçi"nin qapıçısı Saşa Stamenkoviç komandanı tərk edib. Bu barədə Qol.Az-a açıqlamasında futbolçu özü məlumat verib.
Müqaviləsi başa çatan serbiyalı qolkiper vətəninə yollanıb.
"Neftçi"nin Mətbuat və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə Qol.Az-a bildirib ki, Stamenkoviçə yeni təklif edilib-edilməyəcəyi hələlik bilinmir.
S.Stamenkoviç Azərbaycandan ayrılarkən "Neftçi" və media nümayəndələrinə də təşəkkür edib.