İrlandiya Futbol Federasiyasının prezidenti Con Delani vaxtilə FİFA-dan rüşvət aldıqlarını etiraf edib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o bildirib ki, "DÇ-2010"un pley-off mərhələsinin İrlandiya - Fransa cavab oyununda (1:1) Tyerri Anrinin əllə oynamasına etiraz etməmələri üçün FİFA onlara 5 milyon avro rüşvət verib:"Məhkəməyə müraciət etməməyimiz üçün FİFA bu addımı atdı".
Qeyd edək ki, "DÇ-2010"nun pley-off mərhələsinin ilk oyununda səfərdə 1:0 qalib gələn Fransa doğma meydanda 0:1 hesabı ilə geriyə düşdüyü ikinci matçda Vilyam Qallasın qolu ilə hesabı bərabərləşdirib. Ancaq fransızların bərabərlik qolu zamanı Qallasa ötürmə verən Anrinin topu əli ilə saxlaması qalmaqala səbəb olmuşdu.