İsveç millisinin və PSJ-nin Zlatan İbrahimoviç Azərbaycanda 4 gün keçirdikdən sonra ölkəni tərk edib. Qol.Az-ın oxu.az-a istinadən yaydığı xəbərə görə, Zlatan Azərbaycanı çox bəyənib. Bu barədə onu ölkəmizə dəvət etmiş şəxslərdən biri - Asif İlyasovun deyib.
"Zlatan bizim qəbuldan çox razı qaldı, yüksək səviyyədə qarşıladıq və yola saldıq. Ölkəmiz haqqında çoxlu suallar verirdi, Azərbaycanı və insanları çox sevdi", deyə Asif İlyasov öz "Facebook" profilində yazıb.Dünya futbolunun ulduzunun Azərbaycana dəvət edilməsinin təşəbbüskarı qismində isə keçmiş qaydasız döyüş ustası Faiq Babanlı çıxış edib. O və İlyasov ov həvəskarlarıdı və belə iddia irəli sürüldü ki, İbrahimoviç onların dəvəti ilə Azərbaycana ov etməyə gəlib.
İbrahimoviçin Azərbaycanda, o cümlədən Heydər Əliyev adına hava limanından ölkəsinə qayıdarkən çəkdirdiyi fotoları təqdim edirik.