"Traktor" qol vurdu, şərhçi sevincindən şeir oxudu

"Traktor" qol vurdu, şərhçi sevincindən şeir oxudu backend

İran çempionatında 15-ci turunda Cənubi Azərbaycanı təmsil edən "Traktor" "Fulad"ı 1:0 hesabı ilə məğlub etmişdi.

Offsideplus.az xəbər verir ki, oyuna şərhçinin "Traktor"un qoluna verdiyi reaksiya damğa vurub. Sevinən şərçi qol bu şeirlə qeyd edib:

Dünyada qaranlıqlar gər qol-qola versə
Bir xırdaca şəm işığın söndürə...
Haqq sel kimi dəryayə axıb yol tapacaqdır
Daş atmağınan kimsə onu çöndərə bilməz!

Təbriz klubu lider kimi başladığı çempionata sonradan zəif nəticələrlə davam etmişdi. Klubun baş məşqçisi Mustafa Dənizlidən 3 gün sonra klub prezidenti Qulam Rıza Sadiqian istefa vermişdi. O, bəzi futboldankənar insanların "Traktor"un uğurlarını istəmədiklərini bildirmişdi. Klub rəsmisinin fikrincə, həmin şəxslər Təbriz komandasının önünü kəsərək, oyunların nəticələrinə təsir göstəriblər.

"Traktor" 15 turdan sonra 21 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşır.

Diaspora