Bu günlərdə Polşanın Rumiya şəhərində İFA İdman Federasiyasının təşkilatçılığı ilə dünya çemçionatı keçirilib.
Qaziler.az bildirir ki, 32 ölkənin idmançılarının qatıldığı bu yarışda Azərbaycanı 7 nəfərlik komanda ilə təmsil edirdi. Çempionatda idmançılarımız yüksək nəticə əldə ediblər. Onlar 4 qızıl, 2 gümüş medal qazanıblar.Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) oğlu Azər Məhərrəmov və Elsevər Xasıyev qızıl medal qazanaraq peşəkarlar arasında dünya çempionu olublar.
_1575878460.jpg)
Dünya çempionatında digər idmançılarımız da öz çəkiləri üzrə müxtəlif kateqoriyalarda medallara sahib olublar: Şərif Hüseynov kişilər arasında keçirilən yarışda 4-cü yerə çıxıb, Hüseyn Amanlı bir gümüş medal, 21 yaşlı gənclər arasında Tərxan Müzəffərov iki qızıl medal qazanıblar.
_1575878460.jpg)
Qeyd edək ki, idman yarışlarının bu versiyası üzrə ilk dünya çempionatıdır.
Çempionatın keçirildiyi vaxt konfrans da baş tutub. Konfrans iştirakçıları tərəfindən federasiyanın gələn il Ukraynada Avropa, ABŞ-da isə dünya çempionatlarının keçirilməsi ilə bağlı qərar qəbul edilib.
_1575878520.jpg)





