“Benfika“dan getdi, “Sportinq“lə anlaşdı

“Benfika“dan getdi, “Sportinq“lə anlaşdı backend

"Benfika"nın baş məşqçisi Jorje Jezuş vəzifəsindən getmək qərarı verib. Qol.Az-ın "A Bola"ya istinadən verdiyi məlumata görə, 60 yaşlı mütəxəssisin artıq yeni klubu da müəyyənləşib.

Jezuş yeni mövsümdən "Sportinq" klubunu çalışdıracaq. Lissabon təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq təcrübəli mütəxəssisin qazancı da açıqlanıb. Jezuş yeni komandasında ilinə 18 milyon avro qazanacaq.

Qeyd edək ki, "Benfika" son 6 ildə Jezuşun rəhbərliyi altında 3 dəfə Portuqaliya çempionluğunu və ölkə kubokunu qazanıb, iki dəfə isə Avropa Liqasının finalında oynayıb.
Diaspora