FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb. Qol.Az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan millisi ötən ayla müqayisədə 1 pillə irəliləyib.
Hesabında 272 xal olan Robert Prosineçkinin komandası 115-ci pillədə qərarlaşıb."Avro-2016"nın seçmə mərhələsində millimizin rəqiblərindən olan İtaliyanın mövqeyində dəyişiklik baş verməyib. Antonio Kontenin komandası 1101 xalla 13-cü pillədəki mövqeyini qoruyub. Xorvatiya 18-ci (-1), Norveç 64-cü (+6), Bolqarıstan 62-ci (+5), Malta isə 145-ci (+4) yeri tutur.
Siyahının ilk pilləsinə yenə Almaniya millisi başçılıq edir. Belçika yığması ikinci pilləyə yüksəlib. Ötən ayın ikincisi Argentina yığması bir pillə geriləyərək üçüncü olub.