"Xəzər Lənkəran"ın baş məşqçi vəzifəsində dəyişiklik edilib. Qol.Az-ın məlumatına görə, klubun idman direktoru Yunis Hüseynov baş məşqçi vəzifəsinə gətirilib.
O, komandanın sabiq çalışdırıcısı Elbrus Məmmədovu əvəzləyib. E.Məmmədov isə yenidən "Xəzər Lənkəran"ın əvəzedici komandasını çalışdıracaq.Xatırladaq ki, Yunis Hüseynov 2012-ci ildə də "Xəzər Lənkəran"ın baş məşqçisi olub.