Azərbaycan millisi “AVRO-2020”-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
“Report”un məlumatına görə, Nikola Yurçeviçin baş məşqçi olduğu komanda Uels yığmasını qəbul edib.“Bakcell Arena”da keçirilən qarşılaşma Azərbaycan millisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Görüşdə ilk qol 10-cu dəqiqəyə təsadüf edib. Küncdən zərbədən sonra Kiffer Mur hesabı açıb.
Qonaq komanda ikinci qolu 34-cü dəqiqədə vurub. Harri Uilson topu boş qapıdan keçirib.
Bu nəticədən sonra Uels millisi 11-ci xalını qazanıb və hələlik üçüncü pilləyə yüksəlib.
Azərbaycan yığması isə 7 oyundan sonra bir xalla sonuncu - beşinci pillədə qərarlaşıb. “E” qrupunun digər matçında Xorvatiya Slovakiyanı qəbul edəcək.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdəki son oyununu noyabrın 19-da Trnavada Slovakiyaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.