Kişilərdən ibarət şahmat millimizin üzvü Şəhriyar Məmmədyarov qadın şahmatçlarımızı Avropa çempionatında 3-cü yeri tutması münasibəti ilə təbrik edib.
Qol.az xəbər verir ki, bu, barədə o, sosial şəbəkədə yazıb: "Afərin, bizim xanım şahmatçılara, tarix yazdılar! Avropa birinciliyində 3-cü yerə çıxdılar, özü də son oyunda Ermənistan komandasına qalib gələrək! Afərin sizə, siz olmasaydınız, hamı bizim pis nəticəmizdən danışacaqdı, amma hər kəs indi sizdən danışacaq. Qürur duyduq".Ş.Məmmədyarov sosial şəbəkə istifadəçilərindən birinin "Bəs kişilər yarışda nə etdi" sualına belə cavab verib: "Kişilər kişi kimi oynaya bilmədi bu dəfə".
Qeyd edək ki, ötən il Avropa çempionu olan kişi şahmatçılarımız bu dəfə 6-cı pillə ilə kifayətlənib.