Muarrem Muarrem “Qarabağ“dan getdi

Muarrem Muarrem “Qarabağ“dan getdi backend

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandaya gələnlərlə yanaşı, gedəcək futbolçular haqqında da məlumat verib. Lent.az-ın qol.az-a istinadən xəbərinə görə, Q. Qurbanov Azərbaycan kubokunun finalında "Neftçi"yə qalib gəldikləri matçdan (3:1) sonra jurnalistlərə açıqlama verib.

"Coşqun Diniyev və Vüqar Mustafayevi yaxşı oyunlarına görə komandaya dəvət etmişik. Hər bir futbolçu əsas heyətdə oynamaq istəyir. Buna görə də istər-istəməz çətinliklər olacaq".

Komandadan gedəcək futbolçuların da olacağını deyən Q.Qurbanov Leroy Corcla bağlı hələlik qərar verilmədiyini bildirib: "Yeni transferlərlə yanaşı, komandada gedənlər də olacaq. Leroy Corcla bağlı hələ qərar verməmişik. Bakıya qayıdandan bir-iki gün sonra onun komandadakı gələcək taleyinə aydınlıq gələcək. Çalışacağıq ki, ən doğru qərarı verək".

Dünənki kubok finalından sonra komandadan ayrılaraq Türkiyəyə yola düşən Muarem Muarem isə “Qarabağ” üçün darıxacağını dilə gətirib. “"Eskişehirspor" klubu qış fasiləsində də məni heyətinə qatmaq istəyirdi. Amma o zaman klublar arasında razılıq əldə olunmamışdı. Artıq "Qarabağ"la müqaviləm başa çatdı. Türkiyə klubu yenidən məni heyətində görmək istədi və razılaşdıq”.


Makedoniyalı futbolçu "Qarabağ" üçün darıxacağını bildirib: "Müqavilənin müddəti hələlim məlum deyil. Bu barədə Türkiyəyə getdikdən sonra danışacağıq. "Qarabağ" üçün çox darıxacam. Bu komandada hər kəsə təşəkkürümü bildirirəm. Onlardan ayrılmaq çətin olacaq. Amma, nə etmək olar, bu, futboldur".

Qeyd edək ki, Muarem 2012-ci ildən "Qarabağ"da çıxış edib.
Diaspora