MMA döyüşçüsü Markus Surin “Bellator 232“ turnirində Devin Pauellə uduzduqdan sonra hakimə hücum edib
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, videoyazı Instagram-da yerləşdirilib.Döyüşün ikinci raundunda Pauel boğucu fənd işlədib və hakim oyunu saxlamaq qərarına gələrək amerikalıya qələbə verib. Bundan dərhal sonra Surin hakimin ayağından tutub və bir neçə dəqiqə buraxmayıb.
Surin öz karyerası boyu 6 qələbə qazanıb, 2 dəfə məğlub olub. Pauelin hesabında isə 10 qələbə və 4 məğlubiyyət var.