21 yaşadək futbolçulardan ibarət millimizin məşqçisi Samir Ələkbərov Azərbaycan kubokunun finalında "Qarabağ" - "Neftçi" matçı öncəsi fikirlərini bildirib.
Qol.Az-ın məlumatına görə, o, jurnalistlərlə söhbətində "Neftçi"nin favorit olduğunu deyib:"Neftçi" üçün çətin oyun olacaq. Ancaq istərdim ki, bu komanda Azərbaycan kubokunu qazansın".
"Neftçi"nin veteran futbolçusu S.Ələkbərov bildirib ki, sabiq klubu kuboku qazanmasa, bu, fiasko olacaq.