Sərbəst güləşçilərimiz dünya reytinq siyahısında mövqelərini qoruyublar. Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il may ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.
Sərbəst güləşçilərimizdən 9 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub.65 kq
4. Məhəmməd Müslümov - Paris Qran Pri turniri 1-ci yer (4)
12. Hacı Əliyev - Paris Qran Pri turniri 3-cü yer (13)
17. Toğrul Əsgərov - Dünya Kuboku 3-cü yer (15)
70 kq
10. Ruslan Dibirhacıyev - Paris Qran Pri turniri 3-cü yer (10)
74 kq
11. Cəbrayıl Həsənov - Dünya Kuboku 3-cü yer (11)
86 kq
14. Aleksandr Qostiyev - Yaşar Doğu turniri 1-ci yer (13)
97 kq
2. Xetaq Qazyumov - A.Medved turniri 1-ci yer (2)
3. Şərif Şərifov - A.Medved turniri 2-ci yer (3)
125 kq
14. Cəmaləddin Məhəmmədov - Paris Qran Pri turniri 2-ci yer (12)
İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.