UEFA “Qarabağ”ı cərimələdi, erməni təxribatı ilə bağlı açıqlama verilmədi

UEFA “Qarabağ”ı cərimələdi, erməni təxribatı ilə bağlı açıqlama verilmədi backend

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi “Qarabağ” klubunu 7875 avro məbləğində cərimələyib.

Qaziler.az-ın “Report”a istinadən yaydığı xəbərə görə, buna səbəb Ağdam təmsilçisinin sentyabrın 19-da Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində İspaniya “Sevilya”sına Bakıda 0:3 hesabı ilə uduzduğu matçda baş verənlərdir.

“Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionun baş tutan qarşılaşmanın 62-ci dəqiqəsində Andalusiya təmsilçisinin futbolçusu Çiçaritonun hesabı açmasından sonra yerli azarkeşlərin meydana kənar əşyalar atmasına görə ziyana düşüb.

Qeyd edək ki, “Qarabağ”ın oktyabrın 3-də Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdiyi görüşdə törədilmiş erməni təxribatına gəldikdə, UEFA hələlik hər hansı açıqlamasının olmadığını bildirib. Bu matçda isə “Qarabağ”ın vurduğu ikinci qoldan sonra “Jozi Bartel” stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Nəticədə oyunda fasilə yaranıb və matç 24 dəqiqədən sonra davam etdirilib.
Diaspora