"Mançester Yunayted"in "Real"ın iki futbolçusu - Qaret Beyl və Rafael Varanı transfer etmək niyyəti baş tutmayıb. Qol.Az-ın "The Telegraph"a istinadən verdiyi məlumata görə, Mançester təmsilçisi hər iki futbolçunun transferi üçün "kral klubu"na 150 milyon avro təklif edib.
Lakin "Real"ın prezidenti Florentino Perez "Mançester Yunayted"in təklifini qəbul etməyib. Klub prezidenti həm Beyli, həm də Varanı komandada saxlamaq istədiklərini açıqlayıb.Qeyd edək ki, daha öncə "Çelsi" adı çəkilən futbolçuları transfer etmək istəsə də, qarşı tərəfdən rədd cavabı alıb.