“Qarabağ”ın oyununda dron qaldıran erməni danışdı

“Qarabağ”ın oyununda dron qaldıran erməni danışdı backend

"Düdelanj" - "Qarabağ" oyunundakı erməni təxribatı ilə bağlı yeni detallar üzə çıxıb.

Qol.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Birinci erməni cəbhəsi" fanat hərəkatının üzvü Spartak Adamyan etdiyi hərəkətdən danışıb.

Bunu çoxdan planlaşdırdığını deyən erməni dronu stadionun yaxınlığındakı evlərdən birinin damından idarə etdiklərini bildirib:

"Bunu çoxdan planlaşdırırdıq. "Qarabağ"ın "Düdelanj"la oynadığını biləndə dərhal qərara aldıq ki, ora gedək və istəyimizi həyata keçirək. Mxitaryanın Bakıdakı Avroliqa finalında oynamamasını unutmamışıq. Biz də öz növbəmizdə sübut etmək istəyirdik ki, bunu qarşılıqsız qoymarıq".

Adamyan ideyanı həyata keçirmək üçün 4 nəfərin xidmətindən istifadə etdiklərini deyib: "Mənim dronu idarə etmək təcrübəm yoxdur. Öz dostumdan bu işdə mənə kömək etməsini xahiş etdim. Sevinc hissi ilə razılaşdı. İdeyanı həyata keçirmək üçün bizə 4 nəfər adam lazım idi. Biri stadionda baş verənləri videoya çəkməli, digəri stadiondakı vəziyyətlə bağlı operativ məlumat verməli idi. Nəticədə iki qrupa bölündük. Üçüncü adam qonşu evin damında, dördüncü isə stadionda idi. Əvvəlcə azərbaycanlılarla eyni sektorda oturmaq istədik. Amma onlar bizim erməni olduğumuzu anlaya bilərdilər. Ona görə də fərqli plan qurduq.

Hər şey plan üzrə getdi. İstədiyimizi əldə etdikdən sonra dronu geri çağırdıq, onu sakitcə maşına qoyub, getdik. Mən dostumla birlikdə "Düdelanj" fanatlarının oturduğu sektorda idim. Azərbaycanlılar isə qarşı sektorda. Futbolçuların topla dronu necə vurmaq istədiklərini görürdük. Hər şey bitdikdən sonra sakitcə stadiondan çıxdıq".
Diaspora