“Qarabağ”ın oyununda erməni təxribatı - FOTO

“Qarabağ”ın oyununda erməni təxribatı  - FOTO backend

“Qarabağ” növbəti dəfə erməni təxribatı ilə üzləşib.

Qol.az xəbər verir ki, bu, Ağdam klubunun Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Düdelanj”la oyununda baş verib.

Lüksemburqdakı görüşün 31-ci dəqiqəsində - “Qarabağ”ın ikinci qolundan sonra meydançanın üzərində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla havalandırılıb. “Qarabağ” futbolçuları buna kəskin etirazını bildirib. Matçın baş hakimi Con Biton matçı yarımçıq dayandırıb.

Qeyd edək ki, oyun dayanarkən görüş “Qarabağ”ın 2:0 xeyrinə olub.









Diaspora