Finişə yaxınlaşan idmançını ildırım vuraraq öldürdü

Finişə yaxınlaşan idmançını ildırım vuraraq öldürdü backend

ABŞ-ın Kanzas ştatının Elk-Siti şəhər parkında qaçışçını ultramarafonun finişinə yaxın ildırım vuraraq öldürüb

Qaziler.az bildirir ki, bu barədə BBC News nəşri məlumat verib.

Sentyabrın 28-də 33 yaşlı Tomas Stenli finiş xətti ilə 50 km məsafəyə yaxınlaşdığı zaman onu ildırım vurub. Digər qaçışçılar və təşkilatçılar ona ilkin yardım göstərsələr də idmançı aldığı zədələrdən həyatını itirib.

Stenlinin həyat yoldaşı Eşli və 3 uşağı üçün bir sutka ərzində 45 min dollar yığılıb.

Eşli Stenli həyat yoldaşının adından ona veriləcək medalı da alıb.

Diaspora