"Bavariya" "Borussiya"nın futbolçusu İlkay Gündoğanın transferindən imtina edib. Qol.Az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, buna türk əsilli futbolçunun yüksək maaş tələb etməsi səbəb olub.
Münhen təmsilçisi 24 yaşlı futbolçuya 3 illik müqavilə və ilinə 8 milyon avro maaş təklif edib. Lakin Almaniya millisinin üzvünün daha yüksək maaş tələb etməsi "Bavariya" rəhbərliyini transfer fikrindən daşındırıb.Qeyd edək ki, ötən mövsüm bütün turnirlər nəzərə alınmaqla "Borussiya"nın heyətində 33 oyun keçirən İ.Gündoğan 3 qol vurub və 5 məhsuldar ötürmə verib.