Ukraynalı futbolçu Rusiyada qazandığı pulu öz ölkəsinin ordusuna göndərib

Ukraynalı futbolçu Rusiyada qazandığı pulu öz ölkəsinin ordusuna göndərib backend

Moskvanın "Lokomotiv" komandasının yarımmüdafiəçisi Taras Mixalik bu komandada çalışdığı müddətdə qazandığı pulları Ukrayna ordusuna yollayıb.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, ukraynalı futbolçu öz fəaliyyəti haqda heç vaxt məlumat verməyib, buna ehtiyac duymayıb. Mixalikin ordunu maliyyələşdirməsi 2019-cu ilin yayında, yəni o, Lokomotivdən getdikdən sonra məlum olub. Onun "Volıni" komandasına gəldiyi zaman komandanın fanatları ilə konflikti yaranıb, onlar Mixalikin bura gəlişinə etiraz ediblər. Yalnız bu zaman Mixalikin orduya etdiyi böyük köməkdən xəbərdar olan azarkeşlər futbolçu ilə münasibəti qaydaya salıblar.

Xatırladaq ki, Mixalik 2013-cü ildən "Lokomotiv"in heyətində oynayıb. Moskva komandası ilə birlikdə ukraynalı futbolçu 2018-ci ildə Rusiya çempionu olub, üç dəfə ölkə kubokunu qazanıb.



Diaspora