AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Bolqarıstan yığması Türkiyədə təlim-məşq toplanışını davam etdirir.
İvaylo Petevin komandası toplanış çərçivəsində yoxlama görüşündə də qüvvəsini sınayacaq. Millimizin rəqibi Rumıniya yığması ilə qarşılaşacaq. Oyun sabah keçiriləcək.Qeyd edək ki, millimiz ötən il Bakıda AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığmasına 1:2 hesabı ilə məğlub olmuşdu.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
