3 şahmatçımız Avropa Çempionatında beynəlxalq normanı ödəyib

3 şahmatçımız Avropa Çempionatında beynəlxalq normanı ödəyib backend

Mayın 18-dən 31-nə qədər Gürcüstanın Batumi şəhərində (Çakvi) keçirilən Qadınlar arasında 16-cı şəxsi Avropa Çempionatında Azərbaycanın bir sıra qadin şahmatçıları beynəlxalq normaları yerinə yetiriblər. Trend-in məlumatına görə, çempionatda iştirak edən təmsilçilərimizdən Xəyalə Abdulla sonuncu qrossmeyster balını toplayaraq qadınlar arasında beynəlxalq qrossmeyster normasını ödəyib. İndi FİDE-nin növbəti konqresində Xəyalənin qrossmeyster adı təsdiq olunacaq. Xəyalə çempionatda öz əmsalını 37 bənd artıra bilib.

Nərmin Məmmədova və Aydan Höccətova, iki gənc 16 yaşlı qızlarımız da ilk dəfə olaraq beynəlxalq usta normasının balını ödəyə biliblər. Maraqlıdır ki, belə mötəbər çempionatda Nərmin öz beynəlxalq əmsalını 86 bənd artıra bilib.

Qeyd etmək lazımdır ki, indiyədək keçirilən qadınların Avropa çempionatında ilk dəfədir ki, eyni zamanda 3 şahmatçımız beynəlxalq normaları ödəyə biliblər.
Diaspora