11 gündən sonra başlayacaq I Avropa Oyunlarında 6000 idmançıdan başqa məşhur simalar da Bakının qonağı olacaq. ANS TV-nin əldə etdiyi eksklüziv məlumata görə, Tatyana Tarasova "Bakı 2015"in açılış mərasiminə qatılacaq.
Xatırladaq ki, idmanın fiqurlu konkisürmə növü üzrə adlı sanlı məşqçi olan Tatyana Tarasova Olimpiada tarixində ən çox çempion yetirməsi olan ilk və yeganə məşqçidir.I Avropa Oyunları iyun ayının 12-dən 28-dək davam edəcək.
Bakıya idmançılardan başqa bir sıra dövlət başçıları da təşrif buyuracaq. Onların arasında Rusiya, Türkiyə və Serbiya prezidentlərinin adları da var.