Azərbaycan “Minsk 2019” II Avropa Oyunlarında ilk medalını qazanıb

Azərbaycan “Minsk 2019” II Avropa Oyunlarında ilk medalını qazanıb backend

Azərbaycan “Minsk 2019” II Avropa Oyunlarında ilk medalını qazanıb.

“Report” xəbər verir ki, akrobatika gimnastikası növündə qarışıq cütlərin dinamik hərəkətlər yarışında Ruhidil Qurbanlı-Abdulla Əl-Məsaihi ikilisi fərqləniblər. Onlar 28,830 xalla gümüş medal əldə ediblər.

Yarışın qalibi 29,060 xalla Viktoriy Aksenova – Kirill Startsev (Rusiya) olub. Üçüncü yeri isə 28,810 xalla Artur Belyakov – Olqa Melnik (Belarus) cütlüyü tutub.
Diaspora