Serbiya Bakıya güclü heyətlə gəlir - SİYAHI

Serbiya Bakıya güclü heyətlə gəlir - SİYAHI backend

İyunun 7-də Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək Serbiya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Radovan Çurçiç növbəti qarşılaşmalarda güvənəcəyi futbolçuları müəyyənləşdirib.

O, millimizlə Avstriyada baş tutacaq yoxlama matçına və ayın 13-də Danimarka ilə səfərdə baş tutacaq AVRO-2016-nın seçmə oyununa 23 futbolçu dəvət edib.

Serbiya klublarından yalnız 1 oyunçuya güvənən mütəxəssis Avropanın aparıcı klublarında çıxış edən həmyerlilərini qarşılaşmalara çağırıb.

Qapıçılar: Vladimir Stoykoviç (Makkabi, Hayfa, İsrail), Jelko Brkiç (Kalyari, İtaliya), Jivko Jivkoviç (Partizan)

Müdafiəçilər: Duşan Basta (Latsio, İtaliya), Nenad Tomoviç (Fiorentina, İtaliya), Branislav İvanoviç (Çelsi, İngiltərə), Nikola Maksimoviç (Torino, İtaliya), Matiya Nastasiç (Şalke, Almaniya), Stefan Mitroviç (Frayburq, Almaniya), Aleksandar Kolarov (Mançester Siti, İngiltərə), İvan Obradoviç (Mexelen, Belçika)

Yarımmüdafiəçilər: Radosav Petroviç (Dinamo, Kiyev, Ukrayna), Lyubomir Feysa (Benfika, Portuqaliya), Nemanya Matiç (Çelsi, İngiltərə), Nemanya Qudelj (Alkmar, Hollandiya), Luka Milivoyeviç (Olimpiakos, Yunanıstan), Filip Curiç (Sauthemton, İngiltərə), Adem Lyayiç (Roma, İtaliya), Zoran Toşiç (MOİK, Rusiya), Filip Kostiç (Ştutqart, Almaniya)

Hücumçular: Aleksandar Mitroviç (Anderlext, Belçika), Lazar Markoviç (Liverpul, İngiltərə), Petar Şkuletiç (Lokomotiv, Moskva, Rusiya)
Diaspora