“İordaniya komandası haqda məlumatım yoxdur. Bir neçə oyunlarının videosuna baxmışam. Müdafiədə intizamlı, sərt komandadır”.
Qol.az xəbər verir ki, bu sözləri Avro-2020-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal bu gün keçirdiyi mətbuat konfransında deyib.İordaniya ilə keçiriləcək yoldaşlıq görüşü ilə bağlı danışan çalışdırıcı yığmamızla matçın vacibliyindən bəhs edib: "İordaniya ilə görüşdə geniş heyətdən istifadə edəcəm. Çünki Azərbaycan oyun bizim üçün çox vacibdir. Matça yaxşı hazırlaşmaq üçün 10 gün vaxtımız var. Futbolçularım peşəkardırlar və dərk edirlər ki, hədəfimiz qələbədir. Doğrudur, qrupumuz çox balanslı görünür, buna görə də Azərbaycandakı hər hansı itki bizim üçün problem olacaq. Demək istəmirəm ki, bununla da bütün ümidlərimiz sona çatacaq, amma bunun çox vacib qarşılaşma olduğu şübhəsizdir. Uzun yol və bizi gözləyən isti hava ilə də mübarizə aparmalıyıq. İndidən Bakıda 31 dərəcə isti var. Xorvatiya – Azərbaycan matçını izləmişik. Rəqibimizin müdafiə səddini yarıb qapısına qədər irəliləmək çətindir. Qol vurmaq üçün sürətli hücumlar və cinahdan ötürmələrdən yararlanmalıyıq".
Qeyd edək ki, Avro-2020-nin seçmə mərhələsində iyunun 8-də Macarıstanla qarşılaşcaq millimiz iyunun 11-də isə Slovakiyanı sınağa çəkəcək. Hər iki görüş Bakıda olacaq.