Ermənilər Mxitaryanı qorxaq adlandırdılar

Ermənilər Mxitaryanı qorxaq adlandırdılar backend

Azərbaycana və UEFA-ya ünvanlanan tənqidlər başadüşülən deyil. Henrix Mxitaryan Bakıda keçiriləcək final oyununda iştirak etməməklə bağlı qərarı özü qəbul edib.

Halbuki Azərbaycan tərəfi onun təhlükəsizliyi üçün tam zəmanət verib.
Azvision.az xəbər verir ki, bu fikirləri Ermənistan Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Ervand Hakobyan özünün “Facebook” səhifəsində yazıb.

Erməni istifadəçilər Hakobyanın bu sözlərinə müxtəlif şərhlər yazaraq öz fikirlərini bildiriblər. Onların bəziləri Mxitaryanı qorxaq adlandıraraq qeyd ediblər ki, erməni güləşçilər beynəlxalq yarışlarda, xüsusilə 2007-ci ildə keçirilən güləş üzrə dünya çempionatında və 2015-ci ildə təşkil olunan birinci Avropa Oyunlarında iştirak etmək üçün Bakıya gediblər.

Ermənistan Dövlət Bədən Tərbiyəsi İnstitutunun müəllimi Araks Marutyan (o, həmçinin H.Mxitaryanın müəllimi olub) “Eurasianet.org” portalına müsahibəsində erməni futbolçunun qərarına münasibət bildirib:

“İdman azarkeşi kimi deməliyəm ki, erməni boksçular və yaxud digər erməni idmançılar müxtəlif yarışlarda iştirak etmək üçün Bakıda olublar. Onlar Mxitaryan ilə müqayisədə daha böyük risk alıblar. Amma Mxitaryan beynəlxalq səviyyədə tanınmış futbolçu olduğu üçün daha çox qorunur. Onun finalda iştirak etməməsi təəccüblüdür”.
Diaspora