21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyunun 2-dən 9-dək Bakı şəhərində, iyunun 10-dan 16-dək isə Danimarkanın Kopenhagen şəhərində təlim-məşq toplanışı keçəcək.
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız "Avro-2017"nin seçmə mərhələsi çərçivəsində iyunun 17-də Farer adaları komandası ilə qarşılaşacaq.Yığmamızın baş məşqçisi Yaşar Vahabzadə təlim-məşq toplanışına 25 futbolçu dəvət edib.
Qeyd edək ki, Elşən Abdullayev, Elvin Bədəlov, Rahil Məmmədov və Məqsəd İsayev komandaya iyunun 5-də, Emil Balayev, Elvin Camalov, Elnur Cəfərov və Coşqun Diniyev isə iyunun 13-də qoşulacaq.
Elşən Abdullayev - "Neftçi"
Rahil Məmmədov - "Neftçi"
Elvin Bədəlov - "Neftçi"
Məqsəd İsayev - "Neftçi"
Şahrudin Maqomedaliyev - "Sumqayıt"
Cəmil Hacıyev - "Sumqayıt"
Orxan Əliyev - "Sumqayıt"
Şahin Əliyev - "Sumqayıt"
Azər Salahlı - "Qarabağ"
Coşqun Diniyev - "Qarabağ"
Vüqar Mustafayev - "Qarabağ"
Vadim Abdullayev - "Simurq"
Elvin Camalov - "Qəbələ"
Tellur Mütəllimov - "Qəbələ"
Tərlan Əhmədli - "Zirə"
Adil Nağıyev - "Zirə"
Seymur Əsədov - AZAL
Azad Kərimov - "Bakı"
Elnur Cəfərov - "Xəzər Lənkaran"
İlyas Səfərzadə - "Xəzər Lənkaran"
Emil Balayev - "Ayntraxt"(Almaniya)
Dmitri Nağıyev - "Dnepr" (Ukrayna)
Bilal Sezer - "Borussiya" (Münhenqladbax, Almaniya)
Kerem Behnke - "TSG Neustrelitz" (Almaniya)
Vadim Ağarəhimov - "Zenit-2" (Rusiya)