Seçkilərdə Sepp Blatterin (solda) rəqibi İordaniya şahzadəsi Əli Bin əl-Hüseyndir (sağda). Korrupsiya qalmaqalı fonunda FİFA təşkilatının 209 üzvü dünya futbolunu idarə edən qurumun yeni rəhbərini seçməlidirlər.
Qaziler.az bbc.com-a istinadən bildirir ki, təşkilatın hazırkı prezidenti Sepp Blatter 5-ci müddətə seçilmək istəyir. Sürixdə keçəcək səsvermədə onun əsas rəqibi İordaniya şahzadəsi Əli Bin əl-Hüseyndir.Səsvermə təşkilatın yüksək rütbəli 7 rəsmisinin firıldaqçılaqla bağlı ittihamlar üzrə ABŞ hüquq-mühafizəçiləri tərəfindən saxlanılmasından sonra keçirilir.
İstefa çağırışları ilə üzləşən cənab Blatter qalmaqala aidiyyatı olmadığını və korrupsiyaya qarşı mübarizə aparmaq istədiyini deyib.
Cümə axşamı Avropa futboluna rəhbərlik edən UEFA təşkilatı seçkilərin təxirə salınmasına səsləyib.
FİFA prezidentliyinə namizədlərin hər biri səsvermədən əvvəl 15 dəqiqə ərzində nümayəndələrə müraciət edəcəklər.
Bundan sonra təşkilatın 209 üzvü gizli səsvermə yolu ilə iradəsini bildirəcək.
İlk dövrədə qalib gəlmək üçün namizəd 140 səs yəni səslərin üçdə ikisini toplamalıdır.
Belə bir nəticə əldə olunmazsa ikinci dövrədə ən çox səs toplayan namizəd qalib elan olunur.