UEFA millimizin rəqibinin şikayətini rədd etdi

UEFA millimizin rəqibinin şikayətini rədd etdi backend

Xorvatiya Futbol Federasiyasının "Avro-2016"nın seçmə mərhələsində İtaliya ilə qarşılaşacaqları ev oyununu azarkeşsiz keçirməmələri ilə bağlı şikayətinə baxılıb.

Qol.Az-ın federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, ali futbol qurumu millimizin rəqibinə rədd cavabı verərək cəzanın qüvvədə saxlanılacağını açıqlayıb.

Bu isə o deməkdir ki, H qrupunun lideri olan Xorvatiya İtaliya ilə önəmli matçı boş tribunalar qarşısında keçirməli olacaq. İyunun 12-də keçiriləcək Xorvatiya - İtaliya oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, "Avro-2016"nın seçmə mərhələsində Norveçlə oyunda (5:1 xorvatiyalı azarkeşlər irqçi şüarlar səsləndirdikləri və pirotexniki vasitələrdən istifadə etdikləri üçün UEFA komandaya bir ev oyununu azarkeşsiz keçirmə cəzası verib. Üstəlik Xorvatiya millisi 55 min avro məbləğində cərimələnib.

Diaspora