“Neftçi” Azərbaycan Premyer Liqasında mövsümün sonuncu – 28-ci turunda bu gün "Bakcell Arena"da “Qarabağ”la keçiriləcək oyunun biletlərini yüksək qiymətə satışa çıxarıb.
Qol.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, bütün sektorlara bilet qiyməti 50 manat təşkil edir.Paytaxt klubunun mövüm ərzində ev oyunlarında bilet qiyməti VİP yerlərə 5, digər sektorlarda isə 1 manat olub.
Bugünkü matçda qiymətin baha olması isə “Neftçi” rəhbərliyinin stadiona azarkeşlərin çox gəlməsini istəməməsidir.
Paytaxt klubu daha əvvəl “Qarabağ”la görüşün başqa stadionunda keçirilməsi üçün Peşəkar Futbol Liqasına müraciət edib. PFL-dən rədd cavabı alan “ağ-qaralar” çıxış yolunu bileti bahalaşdırmaqda görüb.
Xatırladaq ki, bu gün saat 18:00-da başlayacaq “Neftçi” – “Qarabağ” matçından sonra Ağdam klubu çempionluq kubokunu başı üzərinə qaldıracaq.