Azərbaycan "Bakı 2015" I Avropa Oyunlarında 291 idmançı ilə təmsil olunacaq.
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə bu gün Oyunlarda iştirak edəcək idmançılarla keçirilən görüşdə Milli Olimpiya Komitəsinin (MOK) beynəlxalq əlaqələr üzrə direktoru Könül Nurullayeva bildirib.O bildirib ki, nümayəndə heyəti 150 texniki personal olmaqla, ümumilikdə 441 nəfərdən ibarət olacaq. Bu isə rusiyadan sonra ikinci böyük nümayəndə heyətidir.
Onun sözlərinə görə, Azərbaycan idmançıları iyunun 8-dən atletlər kəndində toplaşmağa başlayacaq.