21 yaşadək qızlardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq matçına çıxıb.
Qol.Az-ın məlumatına görə, millimiz ikinci dəfə gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.Qeyd edək ki, millimiz mayın 26-ı Gürcüstanla ilk yoldaşlıq görüşündə 0:1 hesabı ilə uduzmuşdu.