Bakıda keçirilən Formula 2 yarışının sıralama turunda yüngül qəza baş verib.
Trend-in məlumatına görə, İtaliyanın “Prema Racing” komandasının pilotu Sean Gelaelin bolidində tüstülənmə və ardınca yanğın baş verib.Lakin alov dərhal söndürülüb və o, yoluna davam edib. Pilot bolidi təkrar hərəkətə gətirən zaman yanğınsöndürənlərdən biri maşına ilişib və yıxılıb.
Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.