“Real” heyətinə daha bir futbolçunu qatmağa çox yaxındı. Qaziler.az-ın Apasport.az-a istinadən məlumatına görə, Madrid təmsilçisi Braziliya “Kruzeyro”sunun yarımmüdafiəçisi Lukas Silvanı transfer edir.
“Sambaçılar”ın vitse-prezidenti Markio Rodriqes bildirib ki, 21 yaşlı oyunçunun keçidi üçün “Kral klubu” ilə müqavilə artıq rəsmiləşib. Bu haqda tezliklə rəsmi açıqlama da veriləcək.Silva “Real”la 6 illik “nigan” bağlamasına görə, madridlilər onun komandasına 15 milyon avro ödəyəcək.
Qeyd edək ki, ötən “Real” 16 yaşlı norveçli futbolçu Martin Edeqorla müqavilə imzalayıb.