Yəməndə hava hücumu nəticəsində birinci raundda qələbə sayına görə dünya rekordçusu məşhur boksçu Əli Raymi həlak olub. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə idmançının meneceri Feliks Arno bildirib.
Məlumata görə, 41 yaşlı boksçu mayın 23-də ərəb ölkələri koalisiyasının paytaxt Sanaya endirdiyi hava zərbələri nəticəsində ölüb.Əli Raymi keçirdiyi 25 döyüşün hamısında nokautla qələbə qazanıb. O, keçirdiyi 25 görüşdən 21-də qələbəni birinci raundda qazanıb və bu göstəriciyə görə “Ginnes” dünya rekordlar kitabına daxil edilib. Qeyd edək ki, Rayminin rəqiblərinin karyerasında onunla görüşənədək bir dəfə də oldun məğlubiyyət olmayıb.
İdmançı Ümumdünya Boks Assosiasiyasının reytinqində 6-cı, Ümumdünya Boks Təşkilatının reytinqində isə 8-ci pillədə olub.