90 dəqiqə oynadı, komandası heç-heçə etdi

90 dəqiqə oynadı, komandası heç-heçə etdi backend

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" klubu növbəti mövsüm Almaniya Bundesliqasına vəsiqə qazanmaq uğrunda "Hamburq"la ilk "pley-off" matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Hamburqda keçirilən ilk oyunda qalib müəyyənləşməyib.

Start heyətində meydana çıxan D.Nazarov məhsuldar ötürmə ilə yadda qalıb. Matçın 4-cü dəqiqəsində məhz yığmamızın üzvünün ötürməsindən sonra Rouven Henninqs oyunda hesabı açıb. Lakin "Karlsrue" bu üstünlüyünü sonadək qoruya bilməyib. Meydan sahibləri fasilədən sonra hesabı bərabərləşdirməyə müvəffəq olublar - 1:1. Nazarov bu görüşü əvəzlənmədən keçirib.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyunun 1-də keçiriləcək. "Karlsrue" bu oyundan sərfəli nəticə ilə ayrılacağı təqdirdə yeni mövsümdən Bundesliqada oynayacaq.
Diaspora