"Mançester Yunayted"in kapitanı Eşli Yanq Çempionlar Liqasının 1/4 final mərhələsinin "Barselona" ilə cavab oyunundan (0:3) sonra ingilis azarkeşlər tərəfindən "Tvitter"də irqçi təhqirlərə məruz qalıb.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "qırmızı şeytanlar"ın fanatları qaradərili futbolçunu "meymun" adlandırıblar. Azarkeşlərdən biri isə onun haqda "lənətə gəlmiş zənci" yazıb.Bu hadisədən sonra müvafiq qurumlar qaradərili oyunçulara qarşı ayrı-seçkiliyin dayandırılması üçün "Tvitter" rəhbərliyini ciddi tədbirlər görməyə çağırıb.
Qeyd edək ki, cavab matçında "Barselona"ya 0:3 hesabı ilə uduzan "Mançester Yunayted" Çempionlar Liqasında mübarizəni dayandırıb.