Azərbaycanda futbol üzrə ən irimiqyaslı turnirin qalibləri müəyyənləşdi

Azərbaycanda futbol üzrə ən irimiqyaslı turnirin qalibləri müəyyənləşdi backend

Hövsan Olimpiya İdman Kompleksində AFFA tərəfindən “Coca-Cola” şirkəti və Təhsil Nazirliyi ilə birgə artıq dördüncü mövsümdür ki, VII və IX sinif şagirdləri arasında keçirilən və Azərbaycanda futbol üzrə ən irimiqyaslı məktəbli turniri olan “Coca-Cola School Cup” (“Coca-Cola Məktəbli Kuboku”) turnirinin final oyunu baş tutub.

Trend-in məlumatına görə, VII sinif şagirdləri arasında keçirilən final oyununda Gəncənin 24 saylı orta məktəbinin yığmasıKürdəmirin Mürtülü kənd orta məktəbinin komandasını 5:1 məğlub edərək qələbə qazanıb. Bürünc medallara isə Şabran şəhəri 4 saylı orta məktəbinin komandası sahib çıxıb.

“Coca-Cola Məktəbli Kuboku” turniri ölkədə futbol üzrə keçirilən ən kütləvi məktəbli yarışmasıdır. Bu il ərzində yarışmada Azərbaycanın 74 şəhər və rayonunun 2 146 məktəbini təmsil edən 200 mindən çox şagird iştirak edib. Son dörd il ərzində isə ümumilikdə 800 min nəfər çempionatın iştirakçısı olub.

“Azerbaijan Coca-Cola Bottlers”in baş direktoru Cem Becel bildirib ki, fəal və sağlam həyat tərzini təbliğ etməklə komanda ruhu, dostluq və qarşılıqlı hörmət kimi dəyərləri ön plana çəkən “Coca-Cola Məktəbli Kuboku” turniri Azərbaycanın ən geniş futbol proqramlarından biridir:

“İdman və müntəzəm fiziki hərəkətlər fiziki və mənəvi sağlamlığın ayrılmaz hissəsidir. Məhz buna görə“Coca-Cola” idman və fəal həyat tərzinin təbliğində zəngin tarixə malikdir. Ölkənin 70 şəhərinin 1500 məktəbini təmsil edən 200 mindən çox məktəblini cəlb edərək bu cür əhəmiyyətli proqramın həyata keçirilməsində bizə yardımçı olan AFFA və Təhsil Nazirliyi ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk. Hamımıza məlumdur ki, “Coca-Cola” çimərlik futbolu üzrə Azərbaycan milli yığmasının Avropanın ən güclü komandaları ilə yarışacağı “Bakı 2015” Avropa Oyunlarının rəsmi tərəfdaşıdır. Milli yığmamıza bu gün bizimlə birgə olduqları üçün minnətdarlığımı bildirirəm və “School Cup” layihəsinin bütün iştirakçıları adından onlara qarşıdan gələn oyunlarda uğurlar arzulayıram”.

AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıxov isə bildirib ki, son dövrlərdə Azərbaycan futbolunun inkişafı məqsədilə görülən işlər, bu istiqamətdə əldə olunan konkret nəticələr, ölkəmizdə futbolun kütləviliyinin təmin olunması, uşaq futbolunun tərəqqisi, infrastrukturun müasir tələblər səviyyəsinə çatdırılması üçün həyata keçirilən məqsədyönlü tədbirlər müsbət nəticələr verməkdədir:

“Sevindirici haldır ki, futbolun inkişafı məqsədilə görülən işlər ölkəmizdə fəaliyyət göstərən nüfuzlu şirkətlərin diqqətini cəlb edir və onlar da bu prosesin iştirakçısı ola bilmək üçün AFFA ilə əməkdaşlıq edirlər. AFFA ilə “Azərbaycan Coca-Cola Bottlers” şirkəti arasında bağlanan müqavilənin Azərbaycan futbolunun inkişafına dəyərli töhfələrini verəcəyinə ümid edirəm. Əməkdaşlığımızın U-13 Liqası və “Məktəbli Kuboku”layihələrini əhatə etməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki uşaq futbolunun inkişafı və kütləviliyin təmin olunması baxımından bu layihələrin ölkə futbolunda xüsusi rolu var”.

Final oyunu iştirakçılar və Olimpiya kompleksinə toplaşmış tamaşaçılar üçün böyük bir bayrama çevrildi. Burada final oyununa həsr olunmuş xatirə şəkilləri çəkdirmək üçün xüsusi zona təşkil olunmuşdu. Bundan əlavə lotereya keçirilmiş və qalib hədiyyə ilə təltif olunmuşdur.

“Bakı 2015” İlk Avropa Oyunlarının rəsmi tərəfdaşı olaraq “Coca-Cola” şirkətiməktəbli futbolçulara dəstək olmaq üçün tədbirin xüsusi qonaqları qismində çimərlik futbolu üzrə milli yığmamızın üzvlərini dəvət edib. Millimizin üzvləri qalibləri təltif edib və finalın iştirakçıları ilə xatirə şəkili çəkdirib. Turnirin qalibləri öz növbəsində Avropa Oyunlarında iştirak edəcək idmançılarımıza qızıl medallar qazanmağı arzulayıblar.

“Coca-Cola” şirkəti özünün ali məqsədi olaraq insan sağlamlığını müəyyən edib və məhz buna görə bütün səylərin cəmiyyətlə qarşılıqlı əlaqələr və insanların bədən tərbiyəsinə, idmana və sağlam həyat tərzinə cəlb edilməsinəyönləndirilməsini əhəmiyyətli hesab edir.
Diaspora