Azərbaycan cüdoçusu Rüstəm Orucov Türkiyənin Antalya şəhərində keçirilən Qran-pridə gümüş medal qazanıb.
73 kq çəki dərəcəsində çıxış edən 28 yaşlı idmançı finalda son dünya çempionu cənubi koreyalı Çanqrim Ana qızıl xalla uduzub.***
Azərbaycan cüdoçusu Rüstəm Orucov Antalyada keçirilən Qran-Pri yarışında uğurla mübarizə apararaq finala yüksəlib.
REAL xəbər verir ki, turnirdə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı cənubi koreyalı Hyunçeol Kanq, qambiyalı Faye Njie, ukraynalı Dmitro Kanivets və rusiyalı Leçi Ediyevi məğlub edərək finala yüksəlib. Həlledici qarşılaşmada idmançımızın rəqibi Koreya Respublikasının digər təmsilçisi Çanqrim An olacaq. Ç.An 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatının qalibidir.
Qran-Prinin birinci günündə Gültac Məmmədəliyeva 52 kiloqram çəki dərəcəsində bürünc medala sahib olub.