Türkiyədə himn səsi eşdiən baş hakim oyunu dayandırıb

Türkiyədə himn səsi eşdiən baş hakim oyunu dayandırıb backend

Türkiyənin Zonquldak şəhərindəki Eregil qəsəbəsində həvəskar futbolçulardan ibarət "Kepez Çaylıoğluspor" və "Çates Işıkspor" komandaları arasındakı pley-off mərhələsinin cavab oyunu zamanı qeyri-adi hadisə baş verib.

"Report"un məlumatına görə, baş hakim Hakan Ergin çöldə oxunan İstiqlal Marşını eşidən kimi matçı dayandırıb. Ardından o, meydandakı futbolçular və tribunadakı azarkeşlərlə birgə ehtiram əlaməti olaraq, sayğı duruşu ilə himni oxumağa başlayıb. Görüş himn başa çatdıqdan sonra qaldığı yerdən davam etdirilib. Referinin bu qərarı təqdirəlayiq hal kimi qiymətləndirilib.

Qeyd edək ki, görüş "Çates Işıkspor"un qələbəsi ilə yekunlaşıb - 2:1.

Diaspora