"Sumqayıt" klubu yeni mövsüm üçün transfer çalışmalarına start verib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda artıq iki futbolçusu müqavilənin müddətini uzadıb.
Komandanın müdafiəçisi Vurğun Hüseynov daha bir il "Sumqayıt"ın şərəfini qoruyacaq. Dayaq yarımmüdafiəçisi Murad Ağayevlə də yeni müqavilə imzalanıb. 22 yaşlı futbolçu 2016/2017 mövsmünün sonuna qədər "Sumqayıt"da çıxış edəcək.Qeyd edək ki, Vurğun Hüseynov cari mövsümdə Premyer Liqada keçirdiyi 28 qarşılaşmada 2437 dəqiqə meydanda olub. Murad Ağayev isə Premyer Liqada keçirdiyi 15 qarşılaşmada 1031 dəqiqə oynayıb və bir qol vurub.