Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb backend

Beynəlxalq Cüdo Federasiyası 2015-ci ilin ilk reytinq cədvəlini açıqlayıb. Qaziler.az-ın Apasport.az saytına istinadən məlumatına görə, siyahını Azərbaycan millisinin aparıcı idmançıları üçün uğurlu saymaq olar.

Belə ki, Hacıağa Hacıəhmədovun yetirmələrindən 5-i ilk “onluq”da yer alıb. Təmsilçilərimizdən ən yaxşı göstərici dünya çempionumuz Elxan Məmmədova məxsusdu. O, öz çəkisində 4-cü yerdədi.
“10-luq”da mövqeyini qoruyan Orxan Səfərov (60 kq) 5-ci, Elmar Qasımov (100 kq) 6-cı, İlqar Müşkiyevlə (60 kq) Rüstəm Orucov (73 kq) 10-cudu.
Yığmamızın digər cüdoçularına gəlincə, Nicat Şixəlizadə 12-ci, Tərlan Kərimov (hər ikisi 66 kq) 37-ci, Məhəmmədəli Mehdiyev 50-ci, Tural Səfquliyev (hər ikisi 81 kq) 63-cü, Şahin Qəhrəmanov (90 kq) 30-cu, Uşanqi Kokauri (+100 kq) 38-ci və Kifayət Qasımova (57 kq) 25-ci yeri tutur. Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.
Diaspora