“Özümü çox, lap çox yaxşı hiss edirəm. Mənim xəyalım gerçəkləşdi".
ONA-nın məlumatına görə, bunu azərbaycanlı atlet Nazim Babayev deyib.22 yaşlı idmançı Şotlandiyanın Qlazqo şəhərində qapalı məkanlarda keçirilən Avropa çempionatının üçtəkanla tullanma yarışlarında çempion tituluna yiyələnib. O, karyerasında ilk dəfə qazandığı böyük uğuru şərh edib: "Mən səylə məşq edirdim. Bu bir yarış, bu bir gecə üçün 6 ay məşqlər etmişdim. Mən bunu bacardım. Qarşıda sentyabrda Dohada keçiriləcək dünya çempionatı gəlir. Bu, böyük medaldır. Artıq mənim Avropa titulum var. Qarşıdakı aylarda bu yarışa hazırlaşacam”.
Qeyd edək ki, Babayev final mərhələsində 17,29 m nəticə göstərməklə, şəxsi rekordunu da yeniləyib.