"Yuventus"un futbolçusu Arturo Vidalın "Arsenal"a transfer olduğu iddia edilib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubunun bu transfer üçün "Yuventus"a 49 milyon avro təzminat ödədiyi bildirilib."Arsenal"ın yaxın günlərdə bu transferi açıqlayacağı bildirilib.
                
					
					
					
					
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
