"Beşiktaş"ın çalışdırıcısı Şenol Günəş Türkiyə millisinin baş məşqçisi təyin olunub.
Qol.az-ın Türkiyə Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, 66 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb. O, bu vəzifədə istefaya göndərilən Mirça Luçeskunu əvəzləyib.Ş.Günəşin müqaviləsinin bu ilin iyunundan qüvvəyə minəcəyi bildirilib. Ancaq "ay-ulduzlular"ı mart ayında Avro-2020-nin seçmə mərhələsinin Moldova və Albaniya ilə oyunlarına da təcrübəli mütəxəssis çıxaracaq. Onun mövsümün sonunda "Beşiktaş"dan ayrılacağı gözlənilir.
Qeyd edək ki, Ş. Günəş bundan əvvəl 2000-2004-cü illərdə də Türkiyə millisini çalışdırıb. Yığma onun rəhbərliyi altında DÇ-2002-yə qatılıb və tarixində ilk dəfə mundialın bürünc medalını qazanıb.